Şəhid cənazəsini gətirən yol polisi göz yaşlarını saxlaya bilmədi - Video

Şəhid cənazəsini gətirən yol polisi göz yaşlarını saxlaya bilmədi - Video

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 6 hərbi qulluqçumuzun şəhid olduğu haqda məlumatınız var.

Milli.Az xəbər verir ki, həmin gecə şəhid olan hərbi qulluqçumuz - Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevin cənazəsi ailəsinə təhvil verilib. Şəhidimizin nəşinin ailəsinə təhvil verilmə anı isə hər kəsi göz yaşına boğub. Belə ki, şəhidimizin cənazəsini yaşadığı evin qapısına gətirən yol polisinin göz yaşı və ailə üzvlərinin harayı dəhşətli mənzərəyə səhnə olub.

Qeyd edək ki,  Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var. 

Allah rəhmət eləsin!

 
Aktual.az
Xəbər 5051 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR