"Seçkilər Azərbaycan-Gürcüstan münasibətlərinə müsbət təsir göstərəcək"


“Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq davam edəcək və seçkinin nəticələri bu münasibətlərə heç bir mənfi təsir göstərməyəcək.

Əksinə, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edəcək”.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Seçki-2015.az saytının seçkilərdən sonra ikitərəfli münasibətlər barədə sualına cavab olaraq Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kaxa Abdaladze bildirib.

O, qeyd edib ki, Azərbaycan və Gürcüstan qardaş ölkələrdir: "Qarşılıqlı münasibətlərdə hər hansı dəyişiklikdən söhbət gedə bilməz. İki ölkə böyük müştərək layihələr həyata keçirir. Düşünürəm ki, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən sonra bu əlaqələr daha da möhkəmlənəcək, hər iki ölkənin inkişafında mühüm əhəmiyyətə malik işlər görüləcək".

Aktual.az

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR