Səbail RİH-dən Bayıldakı sürüşmə ilə bağlı AÇIQLAMA

Səbail RİH-dən Bayıldakı sürüşmə ilə bağlı AÇIQLAMA

 Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb.


İcra Hakimiyyətindən Aktual.az-a  daxil olan məlumata görə, may ayının 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Bildirilib ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. Rayon İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr kökürülüblər.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümıd edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.

 
Aktual.az
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR