Satılan çörəyin çəkisi azaldı - ARAŞDIRMA

Satılan çörəyin çəkisi azaldı   - ARAŞDIRMA

“Ölkə bazarında unun qiyməti artıb”.

Azərbaycan manatının üzən məzənnəyə keçməsindən sonra ölkəyə xaricdən gətirilən əksər məhsulların qiymətində artım müşahidə olunur. Ölkə bazarında unun qiymətinin artması çörəyin qiymətinə təsir etməsə də, çəkisinin kəskin azalması ilə nəticələnib. Lakin bəzi çörək istehsalçıları çörəyin çəkisində azalma, qiymətində isə artımın olmadığını bildirib. 

Aktual.az  xəbər verir ki, "Report"un apardığı araşdırma zamanı məlum olub ki, çörək bağlamalarında göstərilən çəki ilə xalis çəkisi arasında 70 qramdan 120 qrama qədər fərq var.

"Sərham" MMC çörək zavodunun baş meneceri Rövşən Bəşirov bildirib ki, hazırda zavodun istehsal etdiyi çörəyin çəkisi 600 qramdır: 

"Artıq dekabrın 23-dən başlayaraq "Sərham" MMC çörək zavodunun istehsal etdiyi çörəyin çəkisi 70 qram azaldılıb. Əvvəllər 670 qram ölan çörəyin çəkisi 600 qram olub. Bu da ölkə bazarında unun qiymətinin artması ilə əlaqədardır". 

Gilan Holdinq №1 çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov bildirib ki, zavodun istehsal etdiyi çörəyin nə çəkisi, nə də qiyməti dəyişməyib: 

"Çörəyin çəkisinin və qiymətinin dəyişdirilməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir göstəriş verilməyib. Zavodun istehsal etdiyi 700 qramlıq çörəyin qiyməti 40 qəpik, 500 qramlıq çörəyin qiyməti isə marketlərdə 30 qəpiyə satılır. Ölkədə buğdanın və unun qiymətinin qalxması rəsmi şəkildə elan olunandan sonra ola bilsin ki, hər hansı dəyişiklik olsun".

Lakin aparılan araşdırma əksər çörək zavodlarının istehsal etdiyi çörəklərdə çəkinin azalmasını nümayiş etdirib.

Qeyd edək ki, hazırda marketlərdə çörəyin qiyməti unun keyfiyyətindən, tərkibindən, qablaşdırmadan, çəkidən asılı olaraq dəyişir. Məsələn, “zavod çörəyi” 30-40 qəpik, “kərpic çörək” 40-80 qəpik, pəhriz çörəyi 40 qəpik - 1 manat, təndir çörəyi 50-80 qəpik, “ləzgi çörəyi” 1 manat, kəpəkli çörək 40-80 qəpik, tam buğda çörəyi 60 qəpik, tam çovdar çörəyi 60-80 qəpiyədir. 

Marketlərdə satılan əksər çörəklərin göstərilən və faktiki çəkisi:

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR