“Sarkisyan öz məkrli siyasətini həyata keçirmək üçün 20 ildir Ermənistanı qurban verirdi” - Ekspert

“Sarkisyan öz məkrli siyasətini həyata keçirmək üçün 20 ildir Ermənistanı qurban verirdi” - Ekspert

Dünən Ermənistanda hakimiyyət çevrilişi baş tutdu. 11 gün ərzində ermənilər avtoritar, cinayətkar Sarkisyan rejimindən qurtulmaq üçün qəti addım atdılar.

Ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran terror qruplaşmalardan canlarını qurtardılar.
Bunu saytımıza açıqlamasında QALİB-in sədri, ekspert Azər Verdiyev deyib: "Bu inqilab bir daha İlham Əliyevin siyasi gücünü nümayiş etdirdi. Cənubi Qafqazda bir ölkədə xalq öz liderini seçdi, digər ölkədə xalq cinayətkar rejimdən canını qurtardı. Ermənilər əslində 20 ildir terrorçu Sarkisyan rejiminin əlində qul kimi qalmışdı, sadəcə olaraq xülyalar üzərində siyasət aparılırdı. Sarkisyan öz məkrli siyasətini həyata keçirmək üçün Ermənistanı qurban verdi, onu bütün beynəlxalq və regional layihələrdən məhrum elədi. Ölkəmizdə isə proseslər tam əksini göstərir. Ciddi kadr islahatları gedir. Son təyinatlar bir daha onu göstərdi ki, prezident qeyri-neft sektorunu daha da inkişaf elətdirmək, çiçəkləndirmək niyyətindədir”
 
Aktual.az
Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR