Sarkisyan Rusiyadan aldığı 100 milyonluq silahdan danışdı

Sarkisyan Rusiyadan aldığı 100 milyonluq silahdan danışdı
  • DÜNYA

Moskva yaxın vaxtlarda İrəvanla qüvvədə olan müqavilə çərçivəsində silah partiyasını Ermənistana çatdıracaq.

Publika.az xəbər verir ki, bu haqda Ermənistan prezidenti Serj Sarkisyan "RİA-Novosti” agentliyinə bildirib.
Onun sözlərinə görə, 100 milyon dollarlıq yeni kredit razılaşmasının reallaşdırılması bütün dövlətlərarası uyğunlaşdırmaların tamamlanmasından sonra başlanacaq.
"Bu ilin sonuna kimi əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə yeni çatdırmaları gözləyirik”, - Sarkisyan deyib.
Qeyd edək ki, Ermənistan hökumətinin oktyabrın 12-də bəyəndiyi razılaşmanın layihəsinə əsasən, Rusiya hərbi təyinatlı məhsulların çatdırılmasının maliyyələşdirilməsi üçün 100 milyon dollar dövlət ixracat krediti verəcək. Ermənistan kreditdən 2018-2022-ci illərdə istifadə etməlidir. Kredit 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın "Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq.
Xatırladaq ki, 2015-ci ildə Moskva Ermənistana silahların və hərbi texnikanın alınması üçün 10 illik müddətə 200 milyon dollar kredit verib.
 
Aktual.az
Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR