Sarkisyan rəsmən baş nazirliyə namizəd oldu

Sarkisyan rəsmən baş nazirliyə namizəd oldu

Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

APA-nın "news.am” istinadən verdiyi məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib.
Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.
Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR