Sarkisyan istefa verdi - YENİLƏNİB

Sarkisyan istefa verdi - YENİLƏNİB

Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. 
 
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: 
 
"Əziz həmvətənlər.

 
Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz "Serjdən imtina et!” çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm.
 
Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm.
 
Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm.
 
Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”. 


****



Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib.

Aktual.az xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.
 
Aktual.az
Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR