Saray bələdiyyəsinin sədrini öldürən şəxsin məhkəməsi başlayıb - (Eksklüziv FOTO)

 Saray bələdiyyəsinin sədrini öldürən şəxsin məhkəməsi başlayıb - (Eksklüziv FOTO)

  • Saray bələdiyyəsinin sədrini və onun ərini öldürən şəxsin işi üzrə apellyasiya məhkəməsi başlayıb

Sumqayıt Apellyasiya Məhkəməsində Fədai Hüseynovun (1980-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah niyyəti ilə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə məhkəmə prosesi başlayıb.
 
Aktual.az xəbər verir ki, 2015-ci il iyunun 8-də Saray qəsəbəsi, M.Ziyadov küçəsindəki 9 saylı evdə Vəsilə Əbilhəsənova və əri Vəfadar Əbilhəsənovun qəsdən öldürülməsi faktına dair toplanmış materiallar üzrə Abşeron rayon prokurorluğunda CM-nin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin tarixdə RPİ-nin əməkdaşları cinayəti törədən 1980-ci il təv. Fədayi Hüseynovu saxlayaraq, istintaqa təqdim ediblər.Ayın 12-də istintaqın davam edirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib. 

İstintaqla müəyyən edilib ki, Fədai Hüseynov 2014-2015-ci illərdə Abşeron rayonu, Saray bələdiyyəsinin sədr müavini və sədri olmuş Vəsilə Əbilhəsənovanın rəhbərliyi ilə bələdiyyə torpaqlarının vətəndaşlara satışında vasitəçilik edib.  Əbilhəsənova tərəfindən ayrı-ayrı vətəndaşlardan şəxsən və onun vasitəsi ilə müxtəlif məbləğlərdən ibarət külli miqdarda nağd pulun alınıb torpaqların satışının ləngidilməsinə, torpaq sahələrinə sahiblik hüququ verən rəsmi sənədləri bələdiyyə sədrindən istəyib ala bilmədiyinə, eləcə də aralarında davamlı şəxsi intim münasibətlərlə bağlı qadını qisas yolu ilə öldürmək qərarına gəlib. 
Bu məqsədlə iyunun 8-i gecə saat 1 radələrində Vəsilə Əbilhəsənovanın anası Meyxanım Hüseynovaya aldığı Saray qəsəbəsi, S.Vurğun küçəsi, 14 ünvanda yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində, çarpayıya və yataq dəstinə benzin töküb otağı, həmçinin geyim və digər məişət əşyalarını odlayaraq, zərərçəkənə məxsus cəmi 28.437 manat dəyərində külli miqdarda əmlakı yandırmaqla qəsdən məhv edib. Yandırdığı evin mətbəx dəstindən 2 ədəd bıçağı götürən Fədai Hüseynov saat 1:30-da Vəsilə və Vəfadar Əbilhəsənovların yaşadıqları M.Ziyadov küçəsi, 9 ünvanında yerləşən evə gələrək, 2-ci mərtəbədə yerləşən açıq eyvanın qapısından içəri daxil olub. Həmin vaxt qızının evində olan və qarşısını kəsməyə çalışan Meyxanım Hüseynovanı itələyib yıxaraq, zal otağına, ordan da Vəsilə Əbilhəsənovanın azyaşlı qızı Fidanla birlikdə olduğu yataq otağına girib.Uşağın gözləri qarşısında bıçaqların biri ilə qadının boyun nahiyəsinə və döş qəfəsinə çoxsaylı zərbələr endirərək, onu xüsusi amansızlıqla tamah niyyəti ilə qəsdən öldürüb.Dərhal ordan digər otağa keçərək Vəfadar Əbilhəsənova ikinci bıçaqla ardıcıl zərbələr vuraraq, onu qətlə yetirib.
Fədai Hüseynov Laçın rayonunda anadan olub, məlum hadisələrlə əlaqədar 1990-cı ildən Bərdə rayonunda, 93-cü ildən isə Abşeron rayonun Saray qəsəbəsində məskunlaşıb. Ağdam hərbi məhkəməsi tərəfindən ümumi olaraq iki dəfə 10 il müddətinə və Abşeron r/n məhkəməsinin hökmü ilə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2011-ci ilin fevral ayında cəzasını çəkib, azadlığa buraxılıb. 

Məhkəmə prosesində Fədai Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsriləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.  

Hökmdən F.Hüseynov apellyasiya şikayəti verib. 

Prosesin sonu barədə məlumat veriləcək.
 
Aktual.az

 


























 
Xəbər 3656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR