Saqqallı Konçita Vurst intihar edəcək - Foto

Saqqallı Konçita Vurst intihar edəcək - Foto
  • DÜNYA

"Batinimdəki qadın alter-eqosu artıq özünü tükədib. Yeni obraz yaratmağı düşünürəm. Konçita ilə vidalaşmaq fikrim var. Bunu intihar da saya bilərsiniz".

Aktual.az  Milli.az-a istinadən xəbər verir ki, "Konçita Vurst" kimi tanınan avstriyalı müğənni Tomas Noyvirt Almaniyanın Welt am Sonntag qəzetinə verdiyi müsahibəsində belə deyib.

"Konçita ilə birdəfəlik vidalaşmaq, yeni fərdi imic yaratmaq zamanıdır. Eurovision-da qələbədən sonra saqqallı qadın istədiyi hər şeyə çatdı. Bu saqqallı qadın artıq mənə gərək deyil. Son zamanlar özümdən yaman şübhələnməyə, bədgüman olmağa başlamışam. Bu səbəbdən də Konçita Vurstun "intihar"ına, yeni obrazın yaradılmasına qərar vermişəm. Konçitanı öldürməliyəm", - müğənni deyib.

Onun sözlərinə görə, kişi olmaq qərarına gəlib və artıq yeni imici üzərində çalışır.

Tomas Noyvirt "Konçita Vurst" obrazında 2014-cü ildə Eurovision müsabiqəsində qələbədən sonra məşhurlaşıb. O, müsabiqənin finalında "Rise Like a Phoenix" mahnısını ifa etmişdi.




Xəbər 2399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR