Rusiyadakı terrorda azərbaycanlı qız həlak oldu

Rusiyadakı terrorda azərbaycanlı qız həlak oldu

"Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır".
 
Bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: "Hazırda konsulluğumuzun əməkdaşları da ordadır". 
 
***
Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən partlayış nəticəsində bir azərbaycanlının öldüyü barədə bildirilir.
 
APA-nın məlumatına görə, bu barədə "Life.ru" agentliyi sosial şəbəkə istifadəçilərinə istinadən xəbər yayıb.
Agentlik həmyerlimizin fotosunu da yerləşdirib.
Ölən şəxsin 21 yaşlı Dilbarə Əliyeva olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri yazır ki, o, ağır xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
 
 
Aktual.az
Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR