Samsung Galaxy Note 5 artıq Azərbaycanda – FOTO

Samsung Galaxy Note 5 artıq Azərbaycanda   – FOTO

Samsung Electronics həmçinin “ağıllı” Samsung Gear S2 saatını təqdim edir.

Samsung Electronics şirkətinin Azərbaycan nümayəndəliyi Samsung Galaxy Note 5 flaqman modelinin ölkəmizdə satışlarının 2015-ci il oktyabr ayının 22-dən etibarən başladığını elan edib.

Yeni məhsulu Samsung-un rəsmi distribyutoru İntegral şirkətinin diler mağazalarında əldə etmək mümkündür. Satışa daxili yaddaşı 32 Gb olan qızılı və qara rəngli modellər çıxarılır.

Oxu.Az xəbər verir ki, Samsung Galaxy Note 5 mükəmməl dizaynı və yüksək məhsuldarlığı ilə fərqlənir.

Modelin ən son texnologiyalı ekranı, ən yüksək keyfiyyətli foto və video çəkən premium-klas kamerası, simli və simsizsürətli enerji doldurma, habelə fövqəladə güclü prosessoru var.

Həcmi 4 Gb-dək artırılan əməliyyat yaddaşı çox tapşırıqlı rejimdə rahat işləmək, bütün ismarıclara nəzarət etmək, sosial şəbəkələrdə daha sürətli şəkildə postlar yeniləmək, heç bir çətinlik olmadan müasir qrafikalı oyunlardan həzz almaq imkanını yaradır.

Yenilənmiş S Pen qələmi daha sürətli və rahat olub, çünki o, istifadəçinin əlinə rahat yerləşir, bununla da məlumatların daha asan daxil edilməsini təmin edir. Unikal basma mexanizmi sayəsində S Pen ilə ekranın blokunu açmadan istənilən qeydləri dərhal yazmaq olar.

3-ü istifadəçi tərəfindən müəyyən edilə bilən, 6 funksiyalı Air Command dəsti ilə müxtəlif məsələləri daha cəld və asan həll etmək olar.

Air Command işarəsi ekranda istənilən S Pen aləti ilə dərhal aktivləşdirilə biləcək şəkildə yerləşdirilib. İstifadəçilər həm PDF-fayllara şərh yaza, həm də Scroll capture funksiyası sayəsində uzun web-məqalələrin və böyük şəkillərin müəyyən hissəsini seçə bilərlər.

Samsung Galaxy Note 5 modeli öz seqmentində ən yaxşı displey sayılan, Quad HD çözümlülüyü ilə inanılmaz aydın və kontrast görünüş təmin edən 5,7-düym ölçülü Super AMOLED ekranı sayəsində üstün multimedia imkanları ilə fərqlənir.

Samsung Galaxy Note 5 modelinin Quick Launch özəlliyi - Home düyməsinə iki dəfə basmaqla bir saniyədən belə qısa vaxtda hazır vəziyyətə gələn təkmilləşdirilmiş kamerası, real vaxtda avtomatik HDR çəkiliş funksiyası, optik sabitləməvə tamamilə yeni tip filtrlərlə səciyyələnir.

Həm ön, həm də arxa kameralarının hər ikisi hərəkət edən obyektlərin mükəmməl video görünüşünü təmin edən optik sabitləmə sistemi ilə təchiz olunub. Video kollaj rejimi müxtəlif çərçivəli, bir-birindən fərqli effektli qısa videoları asanlıqla yazıb redaktə etməyə imkan yaradır. 

Samsung Galaxy Note 5 eləcə də 4K (UHD) video və Full HD video materialları tək və ya bir qrup kontaktlara, eləcə də YouTube kanalında birbaşa yayımlamaq üçün onlayn yayım (Live Broadcast) imkanına da malikdir.

Samsung Galaxy Note 5-dən YouTube kanalında yayıma istinad qəbul edən hər kəs öz smartfonundan, planşetindən, kompüterindən, ya da YouTube kanalına qoşula bilən Smart TV-dən video axınını izləyə bilər.

Samsung Galaxy Note 5 simli və simsiz enerji doldurma texnologiyasını dəstəkləyir. Simsizsürətli doldurma texnologiyası demək olar ki, istənilən doldurma nöqtəsi ilə uyğunlaşa bilir. Smartfon standart doldurma cihazı ilə 90 dəqiqəyə, son model simsiz doldurma sistemi ilə isə 120 dəqiqəyətam şəkildə dolur.

Galaxy Note 5 modelində məlumat təhlükəsizliyi bütün dünyada rəğbət qazanmış Samsung KNOX Active Protection platforması ilə, habelə istifadəçilərin özəl və işgüzar məlumatları qoruyan, asan və sürətli şəkildə qurula bilən My KNOX proqramı ilə təmin olunur.

Samsung Galaxy Note 5 smartfonunun texniki göstəriciləri:

Şəbəkə: LTE

Əməliyyat sistemi: Android 5.1 (Lollipop)

Ölçü, çəki: 153,2x76,1x7,6 mm, 171 qr

Prosessor: 8 nüvəli (4 ədəd 2,1 GHz + 4 ədəd 1,5 GHz Quad nüvəsi), 64 bit, 14 nm

Yaddaş: 4 Gb əməliyyat yaddaşı (LPDDR4), 32 Gb fleş (UFS 2.0)

Displey: 2560x1440 piksellik (518 piksel/düymlük) 5.7” Quad HD Super AMOLED

Kameralar: arxa 16 Mр OIS (F1.9), öz: 5 Mр (F1.9)

Akumulyator: 3 000 мА/ч, WPC və PMA ilə uyğunlaşdırılmış sürətli simli və simsiz doldurma

Rabitə: WiFi 802.11 a/b/g/n/ac, MIMO(2x2), Bluetooth v 4.2 LE, ANT+, USB 2.0, NFC, Location

Sensorlar: Accelerometer, Proximity, RGB Light, Geo-magnetic, Gyro, Fingerprint, Barometer, Hall, HRM

Samsung Electronics Azərbaycanda həmçinin “ağıllı” Samsung Gear S2 saatını təqdim edir. Busaatlar geyilən qurğular sahəsində mütərəqqi innovasiyaların tətbiq olunmasına yönəldilmiş bir neçə il davam edənəməyin nəticəsi kimi meydana gəlib.

Samsung Gear S2 özündə cəmləşdirdiyi müasir dizayn və istifadəçiyə maksimum faydalı funksiyalar, habelə fərdiləşdirilmiş interfeysdən həzz almaq imkanını təmin edən mütərəqqi texnologiyalarla fərqlənir. Qurğunun unikal çevrilən paneli, eləcə də Home və Back düymələri sayəsində istifadəçilər bildiriş və tətbiqlərə daha sürətli və rahat keçid alırlar.

“Ağıllı” saatın qalınlığı cəmi 11,4 mm-dir ki, bunun sayəsində o, çox rahat şəkildə qol biləyində otura bilir. 320х320 piksellik 1,2” ölçülüdispleyi ilə Samsung Gear S2 əla keyfiyyətli görünüş təmin edir. Optimallaşdırılmış 1 Ghz-lik iki nüvəli prosessor və son versiya Tizen əməliyyat sistemi tapşırıqların asan və effektiv yerinə yetirilməsini təmin edir. Samsung Gear S2-də asanlıqla təqvimə, xəbərlərə baxmaq, smartfondan yönləndirilmiş ismarıcları qəbul etmək, ismarıc göndərmək mümkündür.

Yeni fitnes tətbiqi ilə Samsung Gear S2 istifadəçilərin sağlam qalmalarını və aktiv olmalarını təmin edir. 24-saatlıq fəaliyyət jurnalı bir baxışla gündəlik inkişaf və dəyişikliklərə nəzarət etməyə imkan verir.

Həmçinin, tətbiqi proqram istifadəçilərə öz fitnes məqsədlərindən yayınmasınlar deyə, müvafiq xəbərdarlıqlar ala bilərlər.

Batareyanın dolumu 2-3 günlük müddətə kifayət edir, bununla da qurğudan tez-tez enerji doldurmaq ehtiyacı olmadan tam həcmdə istifadə etmək imkanı yaranır. Samsung Gear S2-ni doldurmaq üçün onu sadəcə simsiz doldurma dok-stansiyasına yerləşdirin.

Samsung Electronics Caucasus şirkətinin prezidenti cənab Byonq Du Çoy qeyd edir ki, “son bir neçə il ərzində Samsung nəinki smartfon bazarının lideri və geyilən qurğular sahəsində ixtiraçı mövqeyinə gəlib, o, eləcə də cəsur ideyaları tətbiq etməklə texnologiyaları təkmilləşdirməyə davam edir.

Samsung Galaxy Note 5 və Gear S2 Samsung şirkətinin ən mütərəqqi innovasiyalarını təcəssüm etdirir. Sizi işdə və istirahətdə gecə-gündüz müşayiət edən bu yeni məhsullar hər zaman əvəzedilməz köməkçiniz olacaq”.

Xəbər 659 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR