Samir Şərifovdan bədbin proqnozlar

Samir Şərifovdan bədbin proqnozlar

“2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat az vəsait deməkdir”.
Bunu "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəbləri dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir.

“Bu baxımdan 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulub. Optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur. Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq”.

Nazir qeyd edib ki, dünyada baş verən qlobal iqtisadi dəyişikliklərin, maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, bu ilin 6 ayı ərzində ölkədə 26,3 milyard Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Həmçinin, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində iqtisadiyyatın real artımı 5,7 faiz təşkil edib.\
AzVision.az

Xəbər 699 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR