Samir Şərifov: Manat bahalaşacaq

Samir Şərifov: Manat bahalaşacaq

Cari il manatın sabitləşməsi ili kimi yadda qalacaq. Milli valyutanın məzənnəsi ilin əvvəli ilə müqayisədə 3,4%, fevral ayına nisbətən isə 10%-dən çox bahalaşıb.

Aktual.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov "AzTV”-yə müsahibəsində bildirib:
"Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir”. 
Nazir bildirib ki, 11 ayın yekunları ölkə iqtisadiyyatında sabitləşmənin baş verdiyini göstərir: 
"Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir. Yəni makroiqtisadi sabitlik bərqərar olunub. Milli valyutamızın məzənnəsi sabitləşib. İlin əvvəlinə baxsaq, manatın məzənnəsi bir qədər möhkəmlənib. Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir”.
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR