Şamaxıda ağır YOL QƏZASI: xəsarət alanlar var

Şamaxıda ağır YOL QƏZASI: xəsarət alanlar var

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. 

"Report"un Şirvan bürosunun veridiyi xəbərə görə, hadisə şəhərdə, Avtovağzal adlanan ərazidə baş verib. 
Belə ki, "Lexus" markalı avtomobil ilə "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə iki  nəfər - Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Nüşabə Kərim qızı Əmirova və Hacıqabul rayon sakini, 1972-ci il təvəllüdlü Mədinə Qulaməli qızı Atakişiyeva müxtəlif bədən xəsarətləri alıblar.
Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Xəstəxandan verilən məlumata görə, N.Əmirovaya ilkin yardım göstərilib və Bakı şəhərinə göndərilib. Digər xəstə M.Atakişiyeva xəstəxananın Cərrahiyyə söbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR