Şamaxıda ağır qəza: 5 nəfər yaralandı

Şamaxıda ağır qəza: 5 nəfər yaralandı

Bakı-Şamaxı yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Şamaxı rayonunun Pirsaat kəndi ərazisində "VAZ 21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və 1966-cı il təvəllüdlü Yavər Babalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR