Salyanda ağır yol qəzası: Ölən və yaralananlar var

Salyanda ağır yol qəzası: Ölən və yaralananlar var

Salyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
Aktual.az 
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR