Sağlam qidalanma həvəskarı olan cütlük 7 aylıq körpəni acından öldürdü

Sağlam qidalanma həvəskarı olan cütlük 7 aylıq körpəni acından öldürdü

Belçikada sağlam qidalanma həvəskarı olan bir cütlük 7 aylıq körpənin ölümünə səbəb olublar.

"Ölkə.Az" xəbər verir ki, sıyıq yerinə körpəyə alternativ qidalar verən cütlük onun acından ölümünə səbəb olublar.

Hadisə Belçikanın Beveren şəhərində baş verib. Prokurorluq Lukas adlı körpənin valideynlərinin "ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılması və həbs edilməsini tələb edib.

Təbii məhsullar satan bir şirkətin sahibi olan cütlük körpələri 3 ayı tamamladıqdan sonra ona sıyıq yerinə "super yemək" adı ilə satılan alternativ qidalar veriblər. Lukas adlı körpə 4 ay müddətində qarğıdalı südü, düyü südü, yulaf südü və qara buğda ilə qidalanıb. 7 ayın tamamında Lukasın çəkisi heç 4 kq 300 qrama da çatmayıb. Getdikcə arıqlayan körpə gecələr qusmağa başlayıb. Bu səbəbdən valideynləri tərəfindən alternativ tibb həkiminə aparılıb. Həkim körpəni xəstəxanaya yerləşdirməyi məsləhət görsə də, Lukas yolda vəfat edib.

Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR