Şahin Zəkizadə yenidən xəstəxanaya yerləşdirildi

Şahin Zəkizadə yenidən xəstəxanaya yerləşdirildi

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə yenidən xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, rejissor müalicəsinin üçüncü hissəsini davam etdirəcək.

Ötən gün xəstəxanaya yollanan Ş.Zəkizadənin müalicəsinə başlanılıb. Xanımı Səbinə Zəkizadə bildirib ki, üçüncü hissə daha ağırdır:

"Burada 24 saat kimyaterapiya ediləcək. Birinci və ikinci kurs müalicədən daha çətin bir ərəfədir".

Qeyd edək ki, müalicəsinin ikinci hissəsi bitən rejissor ötən ilin dekabrında evinə buraxılmışdı.

Kimyaterapiya başa çatdıqdan sonra Ş.Zəkizadə müayinə üçün Türkiyə və İrana yollanacaq. Analizlərdən sonra ona əməliyyat olunub-olunmayacağı müəyyən ediləcək.
 
Aktual.az
Xəbər 1013 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR