Sabunçuda QƏTL: Qayın yeznəsini güllələdi

Sabunçuda QƏTL: Qayın yeznəsini güllələdi

Bakıda qayın yeznəsinə və onun atasına odlu silahdan atəş açıb.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Məlumata görə, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Tanrıverdiyev Vüsal Tufan oğlu Ramana qəsəbəsində yaşayan yeznəsi Rəsulov Anar Vaqif oğlunun yaşadığı evə yollanaraq orada ona ov tüfəngi ilə atəş açıb. A.Rəsulov yaralanıb. Hadisə zamanı evdə olan A.Rəsulovun atasının da xəsarət aldığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR