Sabirabadda “Mercedes”lə “Kamaz” toqquşdu: Ölən var

Sabirabadda “Mercedes”lə “Kamaz” toqquşdu: Ölən var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.
Qatı dumanlı havada "Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil "Kamaz” markalı, 10 HA 559 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşub.
Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
 
Aktua.az 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR