Sabirabadda ər arvadını bıçaqladı

Sabirabadda ər arvadını bıçaqladı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb.

Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.

12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Aktual.az
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR