Sabirabad rayon icra baçşcısı haqqında yayılan malumat saxta çıxdı

Sabirabad rayon icra baçşcısı haqqında yayılan malumat saxta çıxdı

Sabirabad rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elman Bünyadov icra başçısı Nazim İsmayılovdan şikayətçi olmayıb. 

AzFakt.com-a müraciət edən sabiq söbə müdiri onun adından istifadə edərək mətbuat orqanlarına saxta müraciət göndərildiyini bildirib.

Elman Bunyadovun müraciətində deyilir:

"Təhsil Şöbəsinin müdiri işləyəndə icra başçısı Nazim İsmayılov mənə vəzifəmə daxil olmayan heç bir iş gördürməyib. Mənim adımdan saytlarda və informasiya şəbəkələrində dərc edilən bu cür faktlar yalandır. Sabirabad rayon Təhsil Şöbəsinin sabiq müdiri kimi mənim rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan heç bir narazılığım, şikayətim olmayıb və bu gün də yoxdur”.
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Sabirabad rayon sakini, birinci dərəcəli dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü Elman Bünyad oğlu Bünyadovun prezident İlham Əliyevə müraciət ünvanlaması barədə məlumat dərc etmişdi. Həmin müraciətdə Elman Bünyadovun rayon rəhbərliyinin tapşırığı ilə vəzifə səlahiyyətlərinə daxil olmayan bir sıra işlər gördüyü iddia edilirdi
 
Aktual.az
Xəbər 830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR