Sabiq deputatın oğlu həbs edildi

Sabiq deputatın oğlu həbs edildi

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Report”un xəbərinə görə, o, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.
Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Q.Salahzadə "Report”a açıqlamasında deyib ki, oğlu Əlihüseyn Salahzadə Bakı İstintaq Təcridxanasına köçürülüb.
O, oğlunun ittiham olunması ilə razılaşmır: "Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları ilə aralarında mübahisə olub. Belə ki, idarənin əməkdaşları qeyri-iş günü mənzilə daxil olublar, bu səbəbdən də anlaşılmazlıq yaranıb. Oğlum da onlardan birini vurub, idarə işçisinin çənəsi qırılıb. Daha sonra isə tərəflər barışıblar. Amma indi məhkəmənin belə qərar qəbul etməsi anlaşılan deyil”.
Qeyd edək ki, Q.Salahzadənin oğlunun həbs olunması barədə xəbəri ilk olaraq olke.az saytı yayıb.
 
Aktual.az
Xəbər 1893 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR