Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 21-də Azərbaycan gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Aktual.az
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR