Sabaha olan hava proqnozu -21 dərəcə isti

Sabaha olan hava proqnozu  -21 dərəcə isti

Sabah Azərbaycanın bəzi ərazilərində havanın hərarəti 21 dərəcəyə qədər yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 14-18, bəzi yerlərdə 21, Bakıda gecə 4-6, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, martın 19-da gündüz arabir güclənən gilavar küləyinin martın 20-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR