Sabah VI Qlobal Bakı Forumu başlayır

Sabah VI Qlobal Bakı Forumu başlayır

Sabah, martın 15-də Bakı şəhərində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda ən mötəbər forumlardan biri hesab edilən VI Qlobal Bakı Forumu başlayır.

"Report”un məlumatına görə, Forumda Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir neçə ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.
Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.
Forumda Türkiyənin baş naziri Binəli Yıldırım "Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.
Tədbirə həmçinin, Albaniyanın Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Respublikasının Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin qatılacağı gözlənilir.
Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq.
Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR