Sabah qar yağacaq, şaxta olacaq - Yollar buz bağlayacaq

Sabah qar yağacaq, şaxta olacaq - Yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 17-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Fevralın 18-də isə soyuq hava şəraitinə baxmayaraq havanın oksigenlə zəngin olması müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.
 
Aktual.az
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR