Sabah da hava küləkli olacaq

Sabah da hava küləkli olacaq

Aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, aprelin 26-28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Aktual.az
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR