Sabah 5 rayon və bir şəhərdə qaz olmayacaq

Sabah 5 rayon və bir şəhərdə qaz olmayacaq

Abşeron, Hacıqabul, Qazax və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Aktual.az-ın SOCAR-ın saytına istinadən məlumat verir ki, oktyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Azadqaraqoyunlu”, “Tərtər” və “Kövər”, həmçinin Yevlax rayonunun "Malbinəsi" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Məhəmmədi, Digah, Fatmayi, Görədil və Novxanı, Samux rayonunun Sərkar, Bağbanlar, Çobanabdallı, Qarabağlılar, Lək, Hacıalılar, Fizuli və Zaknis kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Şirvan şəhərinin, eyni zamanda Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür

Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR