Saakaşvilini həbs edən prokuror Kremlin casusudur

Saakaşvilini həbs edən prokuror Kremlin casusudur
  • DÜNYA

Ukrayna Baş prokuroru Yuri Lutsenko Kremlin casusudur.

Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin keçmiş sədr müavini Renat Kuzmin söyləyib. Onun sözlərinə görə, Lutsenko Maydan hadisələrindən öncə həbsdən buraxılıb və bu zaman Ukrayna Təhlükəsizlik Xidməti ilə işləyəcəyinə dair razılıq verib:
"O, Yanukoviçin zamanında Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinə provokator kimi işləməyə razılıq verib. Bunun qarşılığında azadlığa buraxılıb. O, müxalifət hərəkatını daxildən dağıtmalı, konfliktlər yaratmalı idi. Lutsenko Rusiya Federasiyasının sifarişi ilə Yuliya Timoşenkonu opponenti olmalı idi. Məhz Kremlin sifarişi ilə Lutsenkov Yanukoviçin zamanındakı kəşfiyyat tərəfindən təsir altına alınıb”
 
Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR