Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi
  • DÜNYA

Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili Varşavada keçirilən mətbuat konfransında deyib.

"Mənim üçün komfortlu səyahət yoxdur. Amma buna maşının yük yerində getmək daxil deyil. Mən Ukraynaya geri dönəcəyəm. Ancaq bu, leqal yollarla, qanuni şəkildə olacaq" .

Saakaşvilinin sözlərinə görə, o, hazırda hüquqi bazanın öyrənilməsi və yeni təkliflər barədə düşünür. Yalnız hazırlıqlar başa çatdırdan sonra Saakaşvili Ukraynaya dönəcəyini vurğulayıb.

"Hökumət milyonlarla ukraynalının fikirini iqnor edə bilməz. Mən Ukraynanın Avropa nəhəngi olmasını istəyirəm. Bu, olacaq və mən də həmin zaman bunu Ukraynanın bir parçası olaraq qarşılayacağam" - Saakaşvili deyib.
 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR