Rza Zərrabın təyyarə və lüks yaxtası müsadirə edildi

Rza Zərrabın təyyarə və lüks yaxtası müsadirə edildi
  • DÜNYA

İstanbul Respublika Prokurorluğu tərəfindən Rza Zərrabın bütün əmlakı müsadirə edilib.

Aktual.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Rza Zərrabın 7 milyon avro qiyməti olan lüks yaxtası ilə "MNG Jet" anqarındakı "Challenger 300" təyyarəsi İstanbul Respublika Prokurorluğu tərəfindən müsadirə edilib.
Malta bayrağı altında üzən yaxta Bodrumdadır. 1.5 ildir limanda gözləyən yaxta ilə bağlı Ankara ilə rəsmi yazışmalar aparılıb.Bodrum Liman İdarəsindən bildirilir ki, "60 years" adlı lüks yaxta da müsadirə ediləcək.
Yaxtadan sonra prokurorluq Zərrabın sahibi olduğu "ARE" avia şirkətinə aid iş təyyarəsini də İstanbuldakı Atatürk hava limanında müsadirə edib.
58 milyon dollarlıq "Challenger 300" təyyarəsi sonuncu dəfə 30 noyabr tarixində uçub. ABŞ-da məhkəməyə çıxarılan Rza Zərraba aid bütün şirkətlər  1 dekabr tarixidə İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində müsadirə edilib.Qərardan 7 gün sonra hava limanındakı təyyarə də müsadirə edilib.
 
Aktual.az
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR