Rza Zərrabı öldürmək istədilər - İDDİA

Rza Zərrabı öldürmək istədilər - İDDİA
  • DÜNYA

ABŞ-da həbsdə olan məşhur iş adamı Rza Zərrab haqqında yeni xəbər yayılıb. Xarici KİV-lər Rza Zərraba saxlanıldığı həbsxanada sui-qəsd təşkil edildiyini yazıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, həbsxanada qaradərili məhkumlardan biri Rza Zərraba bıçaqla hücum edərək öldürməyə çalışıb. Hadisənin təfərrüatları haqqında məlumat verilməsə də, Rza Zərrabın saxlanıldığı həbsxanadan gizli şəkildə başqa həbsxanaya köçürülməsi və haqqında 5 gün məlumat verilməməsi bununla əlaqələndirilir.
Məlumatda məhkumun təhlükəsizlik məqsədilə gizlədilməsi və məhkəməyə gətirilməməsi də yazılıb.
Hazırda ABŞ təhlükəsizlik orqanları sui-qəsdin kim tərəfindən sifariş verildiyini araşdırır.
Rza Rərrabın sui-qəsdə məruz qaldığı xəbərinin ardından daha bir şok məlumat medianı bir-birinə qatıb.
Publika.az NBC telekanalına istinadən xəbər verir ki, mətbuat iddia edir ki, Rza Zərrab məhkəməyə gətirilmədiyi gün onun işinə baxan hakimlə əlaqə quraraq hər şeyi etiraf edərək razılığa gəlib.
Məlumatda Rza Zərrabın həqiqətən də həbsxanadan çıxarıldığı, hazırda hüquq-mühafizə orqanları və federal təhlükəsizlik orqanları tərəfindən məhbus kimi nəzarətdə saxlanıldığı iddia edilir.
Rza Zərrab ilə eyni ittihamlar altında mühakimə edilən Halkbankın sabiq baş direktor müavini Hakan Atilla, dünən Nyu-Yorkda keçirilən məhkəmədə hakim qarşısında çıxış edərkən, Rza Zərrabın və vəkillərinin məhkəmə iclasında olmaması bu iddiları gücləndirir.
Faktla bağlı ciddi araşdırmalar başladılıb. Hakim, Rza Zərrab və vəkillərinin sorğuya alınacağı ehtimal edilir.
Qeyd edək ki, ötən gün Rza Zərrabın vəkili ondan 5 gündür xəbər ala bilmədiyini bildirmişdir.
Rza Zərrab ABŞ-ın İrana qarşı embarqo qərarını pozmaqda, həmçinin bank saxtakarlığı, çirkli pulların yuyulması, ABŞ qanunlarını pozmaq kimi maddələrlə ittiham olunur.
 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR