Röya ilə Günay arasında QALMAQAL: Əməkdar artist müğənniyə QADAĞA QOYUB? - VİDEO

Röya ilə Günay arasında QALMAQAL: Əməkdar artist müğənniyə QADAĞA QOYUB? - VİDEO

Tanınmış ifaçı Günay İbrahimli "ATV maqazin onlarla” verilişinə qalmaqallı açıqlama verib.

Publika.az xəbər verir ki, o, bir müddət əvvəl Qazaxıstanda keçirilən "Star of Asia” musiqi festivalına dəvət olunduğunu deyib.
İfaçının dediyinə görə, Azərbaycandan Əməkdar artist Röya Ayxanın dəvət aldığı konsertdə onun da adı olub. Ancaq konsertdə yalnız Röya iştirak edib.
Sənətçi bildirib ki, konsertdən qəsdən uzaqlaşdırılıb: "Bunu Tolik danışmışdı. Mənə dedi ki, iki ifaçı istəyiblər, biri də mən idim. Mən o konsertdə var idim. Özləri istəmişdi, amma sonra bilmirəm, nə oldusa, yox oldum. Festivala az qalmış zəng vurdular ki, Günay yoxdur. İnsanlara yaxşılıq etməyi xoşlayıram, o prinsiplə də yaşayıram. Kimsə mənə pislik edib əhval-ruhiyəmi poza bilməz. Məndən qorxurlar, çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, bəlkə böyümüşəm. Hamı ilə yaxşıyam, hamını yola verirəm”.
İbrahimli açıqlamaları zamanı şou-biznesdə heç kimlə dostluq etmədiyini də deyib: "Başqa sahənin insanları ilə dostluq edirəm. Zamanında çox dostluq edib, yanılmışam. Davaların olmaması üçün kənara çəkilmişəm. Şəxsi həyatımda olan insan ən yaxşı dostumdur. Ona görə heç kim mənə nəsə deyə bilməz, ondan çəkinirlər. Dostum, sevgilim, can yoldaşım yanımdadır”.
Aktual.az
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR