Röya Aygünü məhkəməyə verdi

Röya Aygünü məhkəməyə verdi

Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəyləri məhkəməyə verib.

Aktual.az xəbər verir ki, bunu "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə məhkəmənin vaxtı və mülki iddianın məbləği açıqlanacaq: "Aygün Bəylər ARB televiziyasında müvəkkilimin şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verdik. Yaxın günlərdə geniş məlumat veriləcək".
Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Aktual.az
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR