Rövnəq Abdullayev: "İşçilərimizin maaşı artırılacaq"

Rövnəq Abdullayev:

Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə 25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir.


Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik", - R.Abdullayev bildirib.

Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, SOCAR prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız (əmək haqları - red.) arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR