Rövnəq Abdullayev: "Azərbaycan Avropanın qaza olan tələbatını ödəməyə hazırdır"

Rövnəq Abdullayev:

"SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib".

Bunu XXII Dünya Neft Konqresində çıxışı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
"SOCAR olaraq "Petkim", TANAP, STAR, "Petlim" və digər həyata keçirdiyimiz layihələrdə Türkiyənin dəstəyini daim hiss etdik", - deyə R. Abdullayev bildirib.
"Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətinə toxunan SOCAR prezidenti bunları deyib: "Avropanın qaza olan tələbatı 7,1% artıb. Azərbaycan digər tədarükçülərlə birgə bu tələbatı ödəməyə hazırdır. "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir". (apa)
 
Aktual.az
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR