Rüşvətin qlobal həcmi açıqlandı

Rüşvətin qlobal həcmi açıqlandı
  • DÜNYA

Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir.

Aktual.az  xəbər verir ki, bu barədə Report.az  "Vedomosti" qəzetinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında dünya iqtisadiyyatının daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirdiyi qeyd edilib. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.
"Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb", - deyə hesabatda qeyd edilir.
 
Aktual.az 
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR