Ruslar saxta profillərlə Emmanuel Makrondan məlumat toplamağa çalışıblar

Ruslar saxta profillərlə Emmanuel Makrondan məlumat toplamağa çalışıblar

Rusiya Fransadakı prezident seçkiləri zamanı "Facebook”da saxta profillər vasitəsilə hazırkı prezident Emmanuel Makronun dostlarından informasiya toplamağa çalışıb.  
Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters”ə adının gizli saxlanılmasını istəyən mənbələr, o cümlədən ABŞ Konqresinin bir üzvü bildirib. Hazırda təhqiqat aparılır. 

Məlumata əsasən, Rusiya agentləri "Facebook”da onlarla saxta səhifə yaradıblar və Makronun dostları ilə "dostlaşmağa” çalışıblar. "Facebook” bu səhifələri aşkara çıxarıb və silib. Beləliklə, hakerlər Makronun dostlarının yazışmalarını əldə edə bilməyiblər.  
 
Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR