Rusiyanın ərazisi sayılan göl Qazaxıstana verilib

Rusiyanın ərazisi sayılan göl Qazaxıstana verilib
  • DÜNYA

Rusiyanın Novosibirsk vilayətinin Kupinsk rayonunda yerləşən Sladkoye gölü (Şirin göl) sərhədlərin demarkasiyasından sonra Qazaxıstana verilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, demarkasiyadan sonra göl bütövlükdə Qazaxıstanın ərazisi olub.

"Demarkasiyayadək Kupinsk rayonunun Pokrovka kəndindən 5 km aralıda yerləşən Sladkoye kəndi Rusiyanın ərazisi sayılırdı. Ov mövsümündə Novosibirsk və Omsk vilayətlərindən çoxlu sayda həvəskar ovçu gölə gələrdi", - məlumatda vurğulanıb.

Kupinsk rayon hakimiyyəti yerli sakinləri və qonaqları sərhəd rejimini pozmamağa çağırır.

Aktual.az 
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR