Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO

Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO

SSRİ dövründə Sakit okean sahilində yerləşən Kamçatka yarımadasında inşa edilən köhnə hərbi şəhərcik bu gün turistlərin ən çox maraq göstərdiyi bölgəyə çevrilib.



Sovet lideri Nikita Xuruşov tərəfindən Soyuq müharibənin ən qızğın olduğu dövrdə - 1960-cı ildə sualtı qayıqların yerləşdirilməsi üçün inşa edilən şəhərcik 1996-ci ildə, yəni Sovetlər Birliyinin dağılmasından 5 il sonra tamamilə tərk edilib.

Təxminən 20 ildir heç kimin ayaq basmadığı Petropavlosk-Kamçatka yarımadası, digər adı ilə desək, "Rusiyanın od və buz diyarı" bu gün turistlər tərəfindən böyük marağa səbəb olub.

Kabus şəhərə yalnız gəmi və ya helikopterlə getmək mümkdündür.

Hərbi sirr olaraq gizlədilən yarımadanın bir çox xəritədə qeyd edilmədiyi üçün yenidən ortaya çıxması 20 il çəkib. //Milli.az
 
Aktual.az
Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR