Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
Yolun Moskva vaxtı ilə saat 01:30-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.
Ötən gün şiddətli yağış və sel təhlükəsi səbəbindən Transqafqaz magistralında nəqliyyatın hərəkəti dayandırılıb.
Aktual.az
Xəbər 246 dəfə oxunub.