Rusiyalıların 60 faizi Leninin dəfn edilməsini istəyir

Rusiyalıların 60 faizi Leninin dəfn edilməsini istəyir

Rusiyalıların 60 faizi Vladimir Leninin dəfn edilməsini istəyirlər

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti” Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.  
 
Sorğuda iştirak edənlərin 1/3 hissəsi Dünya Proletariatı liderinin Moskvanın Qırmızı Meydanındakı mavzoleydə qalmasının tərəfdarıdır.
 
Respondentlərin 40 faizi mavzoleyə turistləri cəlb edən obyekt kimi yanaşdığını bildirib. Sorğuda iştirak edənlərin 40 faizi Leninin meyitinin Qırmızı Meydanda qalmasını səhv və qeyri-təbii adlandırıb. Sorğu iştirakçılarının 18 faizi isə Leninin meyitinin məhz paytaxt Moskvada qalmasını düzgün hesab edir.
 
Bir müddət əvvəl Leninin qalıqların basdırılmasına dair qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov bu qanun layihəsini Rusiya dövlətçiliyinə qarşı təxribat adlandırıb.
 
Sorğuda 1200 respondent iştirak edib.
 
Aktual.az
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR