Rusiyalı senator: Moskva Qarabağ münaqişəsində nə vəkildir, nə də prokuror

Rusiyalı senator: Moskva Qarabağ münaqişəsində nə vəkildir, nə də prokuror

"Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin xarici və daxili siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır".

Aktual.az-ın APA-nın Moskva müxbirinə istinadla verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan rusiyalı senator münaqişə tərəflərinin özlərinin güzəştli həll yolunu tapmalı olduğunu söyləyib: "Rusiya nə vəkildir, nə də prokuror. Ümid edirik ki, tərəflər özləri güzəştli həll yolu tapacaq".
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR