Rusiyalı aparıcı amerikalı eksperti studiyadan qovub - VİDEO

Rusiyalı aparıcı amerikalı eksperti studiyadan qovub - VİDEO

Rusiyalı teleaparıcı Vladimir Solovyov "Rossiya-1" telekanalında yayımlanan "Vladimir Solovyov ilə axşam" verilişi zamanı amerikalı ekspert Qriqori Vinnikovu studiyadan qovub. Hadisə ekspertin Suriyada həlak olan pilot Roman Filipov barədə təhqiredici ifadələr işlətməsindən sonra baş verib.

Aktual.az "Report"a istinadən bildirir ki, Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov ölən pilotun 1 dəqiqəlik sükutla yad edilməsini təklif etdiyi zaman, Vinnikov hərbçi haqqında xoşagəlməz sözlər deyib.
Sonda aparıcı ekspertdən studiyanı tərk etməsini istəyib.
"Rusiyada "ölümə hörmət" deyə bir anlayış var, xüsusilə də qəhrəmanlara", - deyə RİA "Novosti" aparıcının sözlərini sitat gətirir.
Rusiyanın "Su-25" bombardımançısı fevralın 3-də vurulub. Pilot Roman Filipov katapult etsə də, terrorçular tərəfindən öldürülüb.
Xəbər 1200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR