Rusiyadan neftlə bağlı qərar - Qiymətlər kəskin ucuzlaşa bilər

Rusiyadan neftlə bağlı qərar   - Qiymətlər kəskin ucuzlaşa bilər

Rusiya neft hasilatını artıra bilər.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Doha görüşündə neft hasilatını yanvar ayına olan səviyyədə dondurmaq barədə razılıq əldə olunmadıqdan sonra Rusiya Federasiyası neft hasilatını artırmaq barədə qərar verə bilər. Bu barədə məlumat verən Rusiya energetika nazirinin müavini Kirill Molodtsov belə bir imkanın olduğunu bildirib.

Nazir müavini həmçinin neft hasilatının həcminin ildə təxminən 540 milyon ton ola biləcəyini də açıqlayıb.

Xatırladaq ki, aprelin 17-də Qətərin paytaxtında neft hasil edən ölkələrin görüşü keçirilib. Görüşdə neft hasilatının həcminin bu ilin yanvar ayına olan səviyyədə dondurulması məsələsi müzakirə olunub. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR