Rusiyadan Azərbaycana gələn avtobus aşıb - Yenilənib

Rusiyadan Azərbaycana gələn avtobus aşıb - Yenilənib

Kalmıkiyanın Çernozemelsk rayonunda qəzaya uğrayan Azərbaycan vətəndaşları Komsomolsk qəsəbəsində xəstəxanaya yerləşdirilib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Kalmıkiyanın Fövqəladə Xidmət nümayəndələri məlumat verib.
Qeyd olunub ki, xəsarət alanların həyatına heç bir təhlükə yoxdur. Xəsarət alan qadınlardan birinin hamilə olduğu bildirilib.
Hazırda bütün sərnişinlərə tibbi yardım göstərildiyi qeyd edilib.
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

****
Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.
 
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
Qəzanın baş vermə şəraiti araşdırılır.
 
Aktual.az
Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR