Rusiyadan Azərbaycana gələn 2 aviareys dayandırıldı

Rusiyadan Azərbaycana gələn 2 aviareys dayandırıldı
  • DÜNYA

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.

Aktual.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.
Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq - Qəbələ və Jukovski - Gəncə reyslərinə icazə ləğv edilib.
Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.
Qeyd edək ki, "VİM-Avia” ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı.

Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR