Rusiyadan ABŞ-a sərt həmlə: "Sentyabrın 1-dən etibarən..."

Rusiyadan ABŞ-a sərt həmlə:

Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı yeni sanksiyalarından sonra rəsmi Moskva sərt hücum taktikasına əl atıb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, "Röyters" agentliyinin "son dəqiqə" başlığıyla yayımladığı xəbərdə bildirilir ki, Rusiya, 1 sentyabrdan etibarən ABŞ-ın bəzi diplomatik təmsilçilərinin ölkədən çıxmasını tələb edib.

Məlumatda deyilir ki, Moskvanın Vaşinqtondan əsas tələbi ölkədəki diplomatlarının sayını azaldaraq, 455 nəfərə çatdırmasıdır.
 
Rusiyanın "Sputnik" agentliyinin yaydığı xəbərdə isə bildirilir ki, ölkənin Xarici İşlər Nazirliyi rəsmi Vaşinqtonun ABŞ-dakı Rusiya diplomatların sayını azaltmaqla bağlı birtərəfli sanksiyalarına simmetrik cavab veriləcəyini bəyan edib.
 
Aktual.az
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR